“Milli Hərəkatın” qərargahına hücum ediblər
Samqoridə, Afrika məntəqəsində “Milli Hərəkatın” majoritar deputatlığa namizədi Levan Xabeişvilinin qərargahına hücum ediblər. Xabeişvilinin “Netgazeti”-yə verdiyi məlumata görə, hadisə dünən, 17 sentyabrda gecə saatlarına baş verib. Onun sözlərinə görə, iki nəfər qərargaha kərpiclər atıb və şüşələr sınıb. Hücum zamanı hadisə yerində heç kim olmayıb.

“Hücum gecə saatlarına baş verib. Mütəşəkkil şəkildə daşları gətiriblər və bunlar mütəşəkkil şəkildə baş verib. Hadisə yerində kameralar da var, şahidlər də var, ancaq polis hələ ki, nə kameraları götürüb, nə şahidlər dindirilib. Ən azı iki şahid var. Qərargah yeni açılıb və hələ çalışmağa başlamamışıq. Ancaq indidən bizə daş atırlar və çalışmağa başlasaq, sonra nə olacaq?” – Xabeişvili deyib.

VMH-ın namizədi baş verənləri siyasi fəaliyyətlə əlaqələndirir və deyir ki, bu gün ölkənin “daş atan hakimiyyəti” var. “Bu da o deməkdir ki, vətəndaşların problemlərini həll etmək əvəzinə onlara daş atmaqla məşğuldurlar.”

Daxili İşlər Nazirliyi baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə istintaqa başlayıb. Həmin maddə əşyaya zərər vurmanı, yaxud onu məhv etməni nəzərdə tutur.


Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google