Ermənistan-Azərbaycan sərhədində Azərbaycanlı hərbçi həlak olub
Ermənistan-Azərbaycan sərhədində azərbaycanlı hərbçi həlak olub. Bu barədə Azərbaycan mətbuatı məlumat yayıb. Azərbaycan ordusunun kiçik serjantı Elşən Əli oğlu Məmmədov Tovuz rayonunda həlak olub.

Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə, hərbçi Ermənistan-Azərbaycanın dövlət sərhədində, Tovuz istiqamətində “növbəti təxribat nəticəsində” həlak olub. Azərbaycanın Müdafiə Nazirliyinin verdiyi məlumata görə “cəbhədə vəziyyətin gərginləşməsinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi tam məsuliyyət daşıyır.”

Ermənistan agentliyi “News Am” yazır ki, Ermənistanın Müdafiə Nazirliyi sərhəddə azərbaycanlı hərbçisinin həlak olması barədə məlumata malik deyil.

“Dünyasını dəyişən azərbaycanlı hərbçi ilə bağlı Ermənistanın Müdafiə Nazirliyinin məlumatı yoxdur. Ancaq biz dəfələrlə bildirdik ki, Ermənistan-Azərbaycan sərhədində riskin azaldılması mexanizminin qəbul edilməməsi yolverilməzdir və gərginlik yaradır”, – Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google