Bolnisinin kəndlərində müxalifətin seçki plakat cırılıb (VIDEO)
19:16 / 23.09.2020
Bolnisi bələdiyyəsinin kəndlərində “Güc birlikdədir” seçki
blokundan majoritar deputatlığa namizəd Kaxa Okriaşvilinin seçki
plakatları cırılıb.
Plakatların cırılması halları İmirhəsən, Qoçulu, Aragöl, Zol-Güvəc
və Darvaz kəndlərində qeydə alınıb.
“Vahid Milli Hərəkat” partiyasının Bolnisi rayonun azərbaycanlılar
üzrə şöbə müdiri Fəqan Hüseynov plakatların cırılmasında Faxralı və
İmirhəsən kəndlərinin icra nümayəndəsi Novruz Ayvazovu və Bələdiyyə
Məclisinin üzvlərini günahlandırır. Hüseynovun sözlərinə görə,
artıq hadisə ilə bağlı polisə şikayət də edib.
Fəqan Hüseynov onu da qeyd etdi ki, plakatların hakimiyyət
nümayəndələri tərəfindən cırılmasının şahidləri də var.
Məsələyə aydınlıq gətirmək üçün Faxralı və İmirhəsən kəndlərinin
icra nümayəndəsi Novruz Ayvazovla əlaqə saxladıq. Ayvazov onun
barəsində irəli sürülən ittihamları rədd etdi. O, bildirdi ki,
seçkiqabağı bu cür hadisələr müxalifətin özlərinin
təxribatlardır.
İcra nümayəndəsi onu da əlavə etdi ki, o bu səhər İmirhəsən
kəndində əhali ilə görüş keçirib. O, görüşdə bildirib ki, seçki
plakatların cırılması qanunla cinayət hesab olunur.