Viktor Sanikidze “Gürcü Arzusu”-na 60 min lari bağışlayıb
Keçmiş basketbolçu Viktor Sanikidze “Gürcü Arzusu”-na 60 min lari bağışlayıb. Bu barədə məlumatı ilk dəfə Azadlıq Radiosu yayıb.

Viktor Sanikidze bu il Gürcüstanda keçiriləcək Parlament seçkilərində iştirak edəcək. O, “Gürcü Arzusu”-nun partiya siyahısında 13-cü yerdədir.

Dövlət Audit Xidmətinin saytında yer alan məlumata görə, Sanikidze bu ianəni 13 oktyabrda bağışlayıb.

Mənbə: On
Print Email
FaceBook Twitter Google