Salome Zurabişvili azərbaycanlı və ermənilər arasında barışığa ümid edir
“Mehriban qonşuluq Qafqaz bölgəsi xalqlarının taleyidir”.

Bunu Gürcüstan prezidenti Salome Zurabişvili Kutaisi Beynəlxalq Universitetinin açılış mərasimində çıxışı zamanı deyib.

O, ali məktəbin regionda azərbaycanlı və erməni tələbələrin birgə təhsil alacağı yer olacağına inandığını deyib: “Bu, iki xalq arasında böyük bir barışıq üçün əsas olacaq”.

Dövlət başçısının sözlərinə görə, Kutaisi şəhəri əmin-amanlığın hökm sürəcəyi yeni Qafqazın tarixinin başlayacağı yerə çevriləcək.

Mənbə: NewsBureau
Print Email
FaceBook Twitter Google