Marneuli və Qardabani majoritar dairəsində 138 121 seçici qeydiyyatdan keçib
2020-ci il Parlament seçkilərinə iki gün qalır. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Marneuli və Qardabani majoritar dairəsində ümumilikdə 138 121 seçici qeydiyyatdan keçib.

13 saylı Marneuli və Qardabani majoritar dairəsində 122 seçki məntəqəsi yaradılıb. Bunlardan 31 məntəqə Qardabanidə, 91 məntəqə isə Marneulidə yerləşir.

13 saylı seçki dairəsində əlavə iki xüsusi məntəqə yaradılıb və həmin məntəqələrdən özünütəcriddə və stasionar müəssisələrdə olan şəxslər üçün səyyar qutu aparılacaq.

31 oktyabr tarixində vətəndaşlar seçki məntəqsinə gedəndə iki bülletenlə qarşılaşacaqlar. Onlardan biri ilə majoritar namizədə, digəri ilə partiyaya səs verə biləcəklər.

Marneuli və Qardabani seçki dairəsində majoritar deputatlıq uğrunda ümumilikdə 14 namizəd mübarizə aparacaq. Seçicilər proporsional siyahıda 50 siyasi subyektdən birini seçə biləcəklər.

Print Email
FaceBook Twitter Google