“Müxalifətlə danışıqlar üçün əsas şərt seçkilərin elan
olunan nəticələrinə hörmətin göstərilməsidir”.
Bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze
bildirib.
O, kiməsə güzəştə getmək niyyətində olmadıqlarını
deyib:
“Ölkədə demokratik seçkilər keçirilib. Gələcək
əməkdaşlıq üçün əsas ilkin şərt həm “Gürcü Arzusu”, həm də
müxalifət tərəfindən Mərkəzi Seçki Komissiyasının dərc etdiyi
seçkilərin nəticələrinə hörmətlə yanaşmaqdır. Biz seçkilərdən öncə
və sonra xalqın seçiminə hörmət etdiyimizi bəyan etmişik. Müxalifət
üçün də bunu deməyin vaxtı yetişib”.
Mənbə: NewsBureau