“Gürcü Arzusu” müxalifətlə danışıqlar üçün şərt qoyub
“Müxalifətlə danışıqlar üçün əsas şərt seçkilərin elan olunan nəticələrinə hörmətin göstərilməsidir”.

Bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bildirib.

O, kiməsə güzəştə getmək niyyətində olmadıqlarını deyib:“Ölkədə demokratik seçkilər keçirilib. Gələcək əməkdaşlıq üçün əsas ilkin şərt həm “Gürcü Arzusu”, həm də müxalifət tərəfindən Mərkəzi Seçki Komissiyasının dərc etdiyi seçkilərin nəticələrinə hörmətlə yanaşmaqdır. Biz seçkilərdən öncə və sonra xalqın seçiminə hörmət etdiyimizi bəyan etmişik. Müxalifət üçün də bunu deməyin vaxtı yetişib”.

Mənbə: NewsBureau
Print