“ABŞ Gürcüstanda hərbi iştirakını artırmalıdır” - Ben Xoces:
“Ermənistanda Rusiya bazalarının əhəmiyyəti artıb və buna görə də Gürcüstan və onun ABŞ kimi tərəfdaşları buna diqqət yetirməlidirlər”.

Bu barədə ABŞ-ın Avropadakı qoşununun keçmiş komandanı, general-leytenant Ben Xoces “Europe Time” nəşrinə müsahibəsində bildirib.

O, ABŞ-ın Gürcüstanda infrastrukturunu artırmağını görmək istədiyini deyib: “ABŞ xüsusən də rotasiya qüvvələri və strateji hava daşımalarının dəstəklənməsini, həmçinin dənizdə iştirakını artırmalıdır. Bu, böyük güclərin bölgənin əhəmiyyətini nümayiş etdirən yarışının bir hissəsidir”.

B.Xoces Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlara və xüsusən də mülki şəxslərin qətlinə son qoyulmasından şad olduğunu qeyd edib: “Ümidvaram ki, razılaşma davamlı olacaq və hər iki tərəf ona hörmət edəcək”.

Mənbə: NewsBureau
Print Email
FaceBook Twitter Google