Gürcü ekspert: “Ermənistanın hərbi texnikası Azərbaycanın PUA-ları qarşısında tamamilə zəif idi”
“Ermənistan bölgədə balansın dəyişməsi ilə bağlı reallığı və Azərbaycanın güclənməsini qiymətləndirə bilmədi”.

Bunu xarici əlaqələr üzrə ekspert Tornike Şaraşenidze “İmedi” telekanalına müsahibəsində deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan hərbi əməliyyatlar zamanı PUA-lar və yeni texnologiyalardan istifadə etməklə müharibədə dönüş nöqtəsi yaratdı:

“Ermənistanda olan bütün hərbi sursat və texnika əsasən Rusiya istehsalıdır və Azərbaycanın PUA-ları qarşısında tamamilə zəif idi. Azərbaycan Ordusu həlledici məqama çatanda Rusiya müdaxiləyə qərar verdi”.

T.Şaraşenidze güclənən Azərbaycanın Rusiya üçün maraqlı tərəfdaş olduğunu və Türkiyənin bölgədə daha da fəallaşdığını qeyd edib.

Mənbə: NewsBureau
Print Email
FaceBook Twitter Google