Xəta
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
სიახლე
Səhiyyə Nazirliyi Tikaradzenin mümkün istefası xəbərini təsdiqləmir

Səhiyyə Nazirliyi Ekaterine Tikaradzenin mümkün istefası ilə bağlı məlumatları təsdiqləmir.


"Mtavari" kanalı Səhiyyə Naziri Ekaterine Tikaradzenin mümkün istefası barədə məlumat yayıb. Teleşirkətin məlumatına görə, Tikaradzeni Səhiyyə Nazirliyinin Tibbi Dəstək və Çağırışların İdarə Edilməsi şöbəsinin müdiri Amiran Qoqitidze əvəz etməli idi.
"Netgazeti" məlumatı Səhiyyə Nazirliyində araşdırıb, Nazirliyin mətbuat xidməti Tikaradzenin nazir vəzifəsindən istefa verməsi və əvəzinə Amiran Qoqitidzenin keçməsi ilə bağlı məlumatları təsdiqləməyib.
Eyni zamanda, "Mtavari" teleşirkəti bu gün, 23 noyabrda Ekaterine Tikaradzenin istefa ehtimalı ilə bağlı məlumatları təkzib etdiyi və Hökümət administrasiyasında istefası barədə heç bir söhbətin olmadığını açıqladığı telefon şərhi yayımlayıb. Amiran Qoqitidzeyə gəldikdə, jurnalist Tikaradzeyə Qoqitidze ilə tanış olub-olmadığı və onunla necə bir münasibətdə olduğu ilə bağlı suala, Tikaradze "Amiran Qoqitidze çox yaxşı bir kadrdır, çox məhsuldar, çox pozitiv bir insan və öz sahəsinin peşəkarıdır", – deyə cavab verib.

Mənbə: Netgazeti

 

FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər