ISFED-in bu açıqlamasından sonra müxalifət üzr istəməlidir - Talakvadze

Parlamentin sədri Arçil Talakvadze, "Rustavi 2"-nin efirində "Ədalətli Seçkilər" təşkilatının səslərin paralel sayım nəticələrinin yoxlanılması əsnasında aşkarlanan

uyğunsuzluqlara düzəliş edildiyini bildirən açıqlamasına fikir bildirib. Talakvadzenin sözlərinə görə paralel sayma və MSK məlumatları üst-üstə düşdüyü üçün, müxalifət seçki saxtakarlığı iddialarına görə üzr istəməlidir. Buna görə də, Talakvadze müxalifət üçün yeganə yolun üzr istəmək və parlamentə girmək olduğunu söyləyib.

“Ədalətli seçkilərin" bu elanından sonra həm Gürcüstanın dördüncü prezidenti [Qiorqi Marqvelaşvili], həm də bütün müxalifət üzr istəməlidir, çünki indi müxalifətin əsas ittihamlarının - seçkinin saxtalaşdırılması ittihamlarının əsassız olduğunu canlı yayımdan oxudunuz. Yəni saxtakarlıq olmayıb və mandatların sayı həqiqətən də Mərkəzi Seçki Komissiyasının nəticələrinin göstərdiyi şəkildə bölüşdürülüb. Söhbətin nədən getdiyini ictimaiyyətə izah edəcəyəm: MSK-ya paralel olaraq illərdir Gürcüstan seçkilərini müşahidə edən və 800-dən çox seçki məntəqəsində seçkilərin nəticələrini müstəqil şəkildə sayan "Ədalətli Seçkilər" təşkilatı bu gün paralel saymanın nəticələrinin, demək olar ki, MSK-nın nəticələri ilə eyni olduğuna dair bir açıqlama edib",- deyə Talakvadze bildirib.

QHT "Ədalətli Seçkilər" (ISFED), 2020-ci il Parlament seçkiləri üçün paralel səs sayımının (PVT) nəticələrində yoxlayış zamanı müəyyən edilmiş nöqsanlar əsasında düzəlişlər edilib və bu səbəbdən, hakim partiya və digər baryeri aşmış partiyaların əksər hissəsinin aldığı səs faizi artıb. Düzəliş edilmiş məlumatlara əsasən, yanılma payı nəzərə alındıqda ISFED-in paralel sayılması nəticələri MSK-nın rəsmi məlumatları ilə üst-üstə düşür.

Bundan əvvəl ISFED-in paralel sayımına görə, "Gürcü Arzusu"-nun aldığı səslərin nisbəti 45,8%, düzəlişdən sonra 47,6% olub. Fərq 1,8%-dir. Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatlarına görə, "Gürcü Arzusu" 48,2% alıb, bu da ISFED-in paralel sayma məlumatlarından 0,4% çoxdur. Ancaq ISFED, yanılma payının 0,7% olduğunu söyləyir. VMH partiyasının reytinqi yüzdə 1% artaraq 27,4% olub. MSK-nın rəsmi nəticələrinə görə, VMH/"Güc Birlikdədir" 27,18% səs toplayıb. ISFED-in yanılma payı 0,6%-dir. Digər baryeri aşan partiyaların göstəriciləri də bir qədər artmışdır (0,1%).

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google