Bu gün, 31 dekabr, komendant saatı bir gecəlik qaldırılacaq,
vətəndaşlar axşam 9-dan sonra da sərbəst hərəkət edə biləcəklər.
Bu məhdudiyyət sabah, yanvarın 1-də yenidən qüvvəyə minəcək.
Milad ərəfəsinə gəldikdə, Koordinasiya Şurasının qərarına əsasən,
yanvarın 6-da da komendant saatı bir gecəlik qaldırılacaq. Yəni, 6
yanvarda da insanlar axşam 9-dan sonra məhdudiyyətsiz hərəkət edə
biləcəklər.
Pandemiya məhdudiyyətləri çərçivəsində 28 noyabrda paytaxtda
bələdiyyə nəqliyyatının fəaliyyəti dayandırılıb. Digər
məhdudiyyətlərin qaldırılması ilə yanaşı, ictimai nəqliyyat da 24
dekabr - 2 yanvar tarixlərində bərpa edilməli idi, lakin
Koordinasiya Şurasının qərarı ilə məhdudiyyət qüvvədə qalıb.
Tbilisi, Batumi, Kutaisi, Rustavi, Qori, Poti, Zuqdidi və Telavi
şəhərlərində ticarət obyektlərinin işləməsinə icazə verilir, lakin
müəyyən qaydalara riayət edərək: İş saatları səhər 7-dən axşam 7-yə
kimi təyin edilib; Mağazanın hər 20 kvadratmetri üçün bir müştəriyə
icazə verilir; Bağlı və açıq sıralar nəzarət edilməlidir; Endirim
aksiyalarl ya səhər, ya da onlayn satış zamanı elan edilməlidir.
Tskitişvilinin sözlərinə görə, bunun səbəbi insanların mağazada
cəmləşməməsidir.
Əlavə məhdudiyyətlər geyim mağazalarında da tətbiq olunur, burada
soyunma otaqları artıq işləməyəcək. Buna görə də, fevralın 1-dən
sonra mağazalar bir ay ərzində məhsulların qaytarılmasına və ya
dəyişdirilməsinə icazə verməlidir. Ticarət mərkəzlərində qida
obyektlərinin fəaliyyət göstərməsi(take-away xidməti də həmçinin)
qadağandır.
Mənbə:
On