“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının yeni sədri seçilib
Yanvarın 16-da Tbilisidəki “Ekspo Corcia” sərgi salonunda Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının VI qurultayı keçirilib.

400 nəfərin iştirak etdiyi toplantıda təşkilati məsələyə baxılıb, partiyanın yeni sədri və Siyasi Şuraya üzvlər seçilib.

Partiyanın icra katibi vəzifəni icra edən, Gürcüstanın sabiq parlament sədri İrakli Kobaxidze yekdilliklə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri seçilib.

İrakli Kobaxidze göstərilən etimada görə minnətdarlığını bildirib.

Qurultayda partiyanın 21 üzvdən ibarət yeni Siyasi Şurası formalaşıb, icraçı və siyasi katiblər də seçilib.

Qeyd edək ki, İ.Kobaxidze bundan öncə “Gürcü Arzusu”nun icraçı katibi olub. 43 yaşlı siyasətçi 2016-2019-cu illərdə Gürcüstan parlamentinin sədri vəzifəsini tutub. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının qurucusu və sabiq sədri, milyarder Bidzina İvanişvili yanvarın 11-də siyasi fəaliyyətini tərk etdiyini, partiya sədrliyindən və üzvlükdən istefa verdiyini açıqlayıb.
Print Email
FaceBook Twitter Google