MY.GOV.GE-yə 133 xidmət əlavə edilib

Birləşmiş Elektron Xidmətlər Portalı MY.GOV.GE, Gürcüstanın ən çox tələb olunan internet mənbələrindən biridir.



Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və İngiltərə Hökumətinin dəstəyi ilə pandemiya dövründə inteqrasiya olunmuş 37 yeni xidmət daxil olmaqla 133 xidmət portala əlavə edilib.

Qeyri-kommersiya təşkilatı "UNDP-Georgia"-nın verdiyi məlumata görə, pandemiya dövründə, dövlət xidmətlərinin əksəriyyəti onlayn olduğuna görə, mobil istifadəçilərin sayı təxminən 40% artıb.

Təşkilatın verdiyi məlumata görə, MY.GOV.GE vətəndaşlara 700-dən çox elektron xidmət təqdim edir.

Yenə onların sözlərinə görə, Dövlət Xidmətinin İnkişafı Agentliyi/psda elektron xidmətin göstərilməsinin keyfiyyətini artırmaqla yanaşı, xidmət təhlükəsizliyi və vətəndaşların şəxsi məlumatlarının qorunması istiqamətində də mühüm addımlar atıb.

mənbə: report.ge

 

Print Email
FaceBook Twitter Google