Almaniya, "COVAX" platforması çərçivəsində peyvəndlərin Gürcüstana
çatdırılmasını alqışlayıb. Almaniya Xarici İşlər Nazirliyinin
mətbuat katibinin sözlərinə görə, Gürcüstan,
Ukrayna, Moldova, Bosniya və Herseqovina da daxil olmaqla 18 ölkəyə
fevral ayında koronavirus əleyhinə vasitə veriləcək.
Xatırladaq ki, Almaniya "COVAX" platformasını təsis edildiyi gündən
bəri dəstəkləyib və Aİ ilə yanaşı əsas donorlarından biridir.
Mənbə: report.ge