“Avropalı Gürcüstan”-ın Marneuli rayon təşkilatının rəhbəri Əhməd
İmamquliyev bu gün, 23 fevral tarixində hüquq mühafizə orqanı
əməkdaşlarının “Milli Hərəkat” partiyasının ofisinə hücum etməsinə
və Nika Melianın həbsinə münasibət bildirdi.
İmamquliyevin sözlərinə görə, partiyaya hücum ediləcəyini
gözləyirmiş. Çünki Baş nazir İrakli Qaribaşvili dövlətçiliyə zidd
düşüncəli şəxsdir və yalnız Bidzina İvanişvilinin sifarişlərini
yerinə yetirir.
“O, siyasətin nə olduğunu bilmir. O, Bidzina
İvanişvilinin quludur və baş-nazir üçün Gürcüstanın gələcəyini necə
dağıdacağının əhəmiyyəti yoxdur. Onun üçün yalnız bu hərəkəti ilə
özünü Bidzina İvanişviliyə necə bəyəndirəcəyi
əhəmiyyətlir”, – Əhməd İmamquliyev bildirdi.
“Avropalı Gürcüstan”-ın Marneuli rayon təşkilatının rəhbərinin
sözlərinə görə, Nika Melianın həbsi bütün demokratik ölkələrə
Gürcüstan hakimiyyətinin hansı yolda olduğunu göstərdi.
“Biz bu gündən aksiyalara başlayırıq. Gündüz saat 3-də
dövlətini sevən hər kəs dəftərxana qarşısına toplaşacağıq. Biz
hamımız orada olmalıyıq. Çünki bu həbs bir şəxsin həbsi deyil, bu
bütün Gürcüstanda söz azadlığının, azad düşüncənin
dayandırılmasıdır. Məhz buna görə biz dayanmağı
düşünmürük”, – Əhməd İmamquliyev dedi.
İmamquliyevin sözlərinə görə, Tbilisidə keçiriləcək aksiyaya
Marneuli sakinləri və “Avropalı Gürcüstan”-ın fəalları da
qoşulacaq.
Müxalifət liderləri “Milli Hərkat”-ın liderinin həbsini diktatura
olaraq qiymətləndirir. Nika Melianın həbsinə ABŞ-ın Gürcüstandakı
səfiri də münasibət bildirib. O, qeyd edib ki, bu gün Gürcüstan
Avroatlantika dövlətləri ailəsində daha güclü demokratiyaya gedən
yoldan geri çəkildi.