“Gürcü Arzusu” rejimi öz sonunu gətirdi – Qiqi Uqulava
"Avropalı Gürcüstan"-ın liderlərindən Qiqi Uqulavanın sözlərinə görə, Bidzina İvanişvili və "Gürcü Arzusu" rejimi "Vahid Milli Hərəkatın" lideri Nika Melianın həbsi ilə öz sonunu gətirib.

Onun sözlərinə görə, Bidzina İvanişvili artıq bu ölkədə yaşaya bilməz, çünki bu kimi faktlar cəzalandırılmadan qalmır.

Eyni zamanda, bu gün saat 15:00-da müxalifətin toplanacağını və mübarizələrinin növbəti metodlarını elan edəcəyini söyləyib.

“Həbsxana bir faciə deyil, həbsxana insanları gücləndirir. Nika hər birimiz üçün, eyni zamanda hər bir vətəndaşımız, azadlığı sevən və azadlıq uğrunda mübarizə aparan insanlar üçün bir mübarizə nümunəsi göstərdi, o, sakit və davamlı idi. Bayrağı endirməmək bizim borcumuzdur. Mübarizəni davam etdirmək bizim borcumuzdur. Bu gün, 23 fevral, Sovet Ordusu Günüdür. Bu Rodionov İvanişvili Sovet diktaturasını qurub. Bu gün burada baş verənlər ölkəmizin tarixində utancverici bir ləkədir və bu ləkə təəssüf ki, uzun müddət yuyulmacaq. Bu gün saat 15:00-da dəftərxananın qarşısında görüşürük. Növbəti mübarizə metodlarını elan edəcəyik. Mən şəxsən, bir çox insanla birlikdə İvanişviliyə söz verirəm ki, bu gün onun üçün həlledici gün olacaq. O, bu gün öz sonunun təməlini qoydu. Artıq bu ölkədə yaşaya bilməz. Onun yeri artıq bu ölkə olmayacaq", – deyə Uqulava bəyan edib.

Məlumat üçün bildirək ki, xüsusi əməliyyat qrupu "Milli Hərəkat"-ın sədri Nika Melianı həbs edib. Hüquq mühafizəçiləri Nika Melianı partiyanın ofisində, öz kabinetində saxlayıblar. Bundan əvvəl partiyanın ofisində hüquq-mühafizə orqanları "gözyaşardıcı qazdan" istifadə ediblər.

Print Email
FaceBook Twitter Google