Zaur Darğallı Melianın həbsində iştirak edən polislərə təşəkkür edib
Parlamentin Marneuli və Qardabani seçki dairəsindən seçilmiş majoritar deputatı, “Gürcü Arzusu”-nun üzvü Zaur Darğallı Daxili İşlər Nazirliyinə, polislərə minnətdarlığını bildirib. Darğallının sözlərinə görə, polislər bu gün, 23 fevral tarixində Nika Melianı beynəlxalq standartları qorumaqla aparılmış əməliyyat nəticəsində həbs ediblər.

“Mən çox sevinirəm ki, bu gün demokratik Gürcüstanda bizim polis güclüdür və bizim polis qəbul edilmiş beynəlxalq standartlarla hərəkət edir”, – Zaur Darğallı bildirib.

Majoritar deputatın sözlərinə görə, qanun qarşısında hamı bərabərdir və Nika Melianın statusuna baxmayaraq onu həbs etməli idilər.

“Bu Gürcüstanda hamının qanun qarşısında bərabər olmasının göstəricisidir. Bütün ictimaiyyətin, mənim də istəyim var ki, bizim dövlət güclənsin, inkişaf etsin. Bizim birgə gücümüz nəticəsində Gürcüstanda bütün institutlar güclənəcək və hamı qanuna hörmətlə yanaşacaq”, – Zaur Darğallı bildirdi.

Bu gün, 23 fevral tarixində hüquq mühafizə orqanı əməkdaşları “Milli Hərəkat” partiyasının ofisinə hücum edib və partiyanın lideri Nika Melianı həbs ediblər. Müxalifət liderləri “Milli Hərəkat”-ın liderinin həbsini diktatura olaraq qiymətləndirir.

Nika Melianın həbsinə ABŞ-ın Gürcüstandakı səfiri də münasibət bildirib. O, qeyd edib ki, bu gün Gürcüstan Avroatlantika dövlətləri ailəsində daha güclü demokratiyaya gedən yoldan geri çəkildi.

Print Email
FaceBook Twitter Google