Müxalifət deputatları mitinqlər və müxtəlif şüarlar altında parlamentə girməli olublar
Onlar, təqsirləndirilən polislərə qarşı əfv aktına etiraz olaraq parlament qarşısında mitinq keçirən 20 İyun hadisələri qurbanı və mülki fəallarla qarşılaşıblar.

"Bizi niyə tərk etdiniz?", "Vicdansız", "Qul" və s.- bunlar müxalifət deputatları ünvanına səslənən şüarlardır.

Öz növbəsində, Badri Caparidze etirazçılara vasitəçi tərəfindən hazırlanmış sənədi Qiorqi Rurua və Nika Melianın azadlığa buraxılması üçün imzaladığını söyləyib.

Xatırladaq ki, bu gün Şarl Mişelin razılaşma sənədini imzalayan müxalifət parlamentə daxil olub: Parlamentə girməyi qəbul edən deputatlar bunlardır: Zurab caparidze, Paata Mancqaladze, Qiorqi Vaşadze, Xatuna Samnidze, Salome Samadaşvili, Badri Caparidze, Mamuka Xazaradze, Vaxtanq Meqrelişvili, Davit Usupaşvili, Armaz Axvlediani, Ana Natsvlişvili, İaqo Xviçia, Teona Akubardia və Saba Buadze.

Mənbə: İnterPressNews
Print Email
FaceBook Twitter Google