Onlar, təqsirləndirilən polislərə qarşı əfv aktına etiraz olaraq
parlament qarşısında
mitinq keçirən 20 İyun hadisələri qurbanı və mülki fəallarla
qarşılaşıblar.
"Bizi niyə tərk etdiniz?", "Vicdansız", "Qul" və s.- bunlar
müxalifət deputatları ünvanına səslənən şüarlardır.
Öz növbəsində, Badri Caparidze etirazçılara vasitəçi tərəfindən
hazırlanmış sənədi Qiorqi Rurua və Nika Melianın azadlığa
buraxılması üçün imzaladığını söyləyib.
Xatırladaq ki, bu gün Şarl Mişelin razılaşma sənədini imzalayan
müxalifət parlamentə daxil olub: Parlamentə girməyi qəbul edən
deputatlar bunlardır: Zurab caparidze, Paata Mancqaladze, Qiorqi
Vaşadze, Xatuna Samnidze, Salome Samadaşvili, Badri Caparidze,
Mamuka Xazaradze, Vaxtanq Meqrelişvili, Davit Usupaşvili, Armaz
Axvlediani, Ana Natsvlişvili, İaqo Xviçia, Teona Akubardia və Saba
Buadze.
Mənbə:
İnterPressNews