Vəzifəsindən istefa verən Parlament sədri Arçil Talakvadze
Tbilisi meri vəzifəsinə
namizəd olacağı ilə bağlı xəbərləri təkzib edib. Bu məlumat dünən
bir neçə mətbuat orqanı tərəfindən yayılıb.
"Bu qəsdən yayılan bir şayiədir. Tbilisinin seçilmiş meri var və
əminəm ki, Tbilisinin bir çox sakini Kaxa Kaladzeni yenidən mer
olaraq görmək istəyir", – Talakvadze qeyd edib.
Onun sözlərinə görə, komanda Kaxa Kaladzenin yenidən yerli
özünüidarə seçkilərində Tbilisi meri vəzifəsinə namizəd olmasını
istəyir, ancaq qərarı Kaladze özü verməlidir.
Mənbə:
Netgazeti