Salam platforması Dmanisidə baş verən hadisələrə münasibət bildirir

Dmanisidə xüsusilə son günlərdə vəziyyət çox gərgindir. Məişət zəminində başlayan qarşıdurma, ertəsi gün,

17 May tarixində etnik qruplar arasında daha geniş miqyasda davam edib. Qeyd edək ki, dünən Dmanisi küçələrində vəziyyət nəzarətdən çıxmışdı. Dövlət tərəfləri bir-birindən ayıra və şiddəti ortadan qaldıra bilmədi.

 

Bu hadisə bizə bir tərəfdən dövlətin mülki inteqrasiya məsələlərində problemli işləmə təcrübələrini, digər tərəfdən isə bölgələrdəki etnik qrupların illərdir bir yerdə yaşamasına baxmayaraq, önəmli birgəyaşayış təcrübəsinin olmamasını göstərmiş oldu.
Həmin bölgədə insanlar bir-birlərini tanımırlar və bu şəraitdə insanları etnik mənsubiyyətə görə səfərbər etmək və qruplaşdırmaq son dərəcə asandır.
Bu cür təsadüfi hadisələrin (məsələn, Pivə Hadisəsi) ilk və yeganə hadisə olmadığını qeyd etmək lazımdır. Üstəlik, mövzunun dərinliyinə endikdə dünənki hadisənin səbəbinin heç də nisiyə aparılan pivə olduğunu düşünmürük.
Bu mövzuda, artıq çox şey yazıldığını, bir çox təşkilatın moderasiyalıq təklifini və sülhyönümlü çağrışlarını nəzərə alaraq, "Salam"-dakı gənclər sadəcə iki məsələyə diqqət yetirmək istəyirik.
Birincisi, dominant etnik qrup üzvlərinin Gürcüstanda ən çox əzilən və təcrid olunmuş qrup olduqları barədə “Gürcüstanda gürcülərdən başqa heç kim əzilmir” narahatlığını tamamilə başa düşürük. Paralel olaraq, ölkənin sosial-iqtisadi həyatı, yoxsulluq, mövcud iqtisadi böhran və ətraf bölgələrdə yaşayan insanların məhrumiyyəti və təhsilsizliyini də nəzərə alaraq bunu görməməyimiz mümkün deyil, çünki Gürcüstanda yaşayan etnik qruplar da eyni vəziyyətdədir; çünki biz də bu yoxsulluqda yaşayırıq, mövcud sosial-iqtisadi problemlər bizə də təsir edir, bizə də geridə qalmış, təhsilsiz, qaranlıqda qalmış kimi baxırlar.
Ancaq bu reallığı da nəzərə alaraq, periferiyalarda yaşayan etnik qrupların niyə mövcud sistemdə olan problemlərə qarşı birləşmədiyini və bir-birimizlə dava etdiyimizi anlaya bilmirik.
Dominant qrupun əzilmiş vəziyyətinə görə bizim niyə günahlandırlıldığımızı, bir bələdiyyədə bir-birimizi niyə daha yaxşı tanıya bilmədiyimizi və bu mövcud vəziyyətədən, əzilmiş vəziyyətimizə görə bir-birimizi günahlandırmağımızdan siyasi klanların necə xeyir götürdüklərini başa düşə bilmirik.
Biz ümumi olaraq Gürcüstan əhalisinə müraciət etmək istəyirik (çünki bu vəziyyətdə dövlətə, siyasi elitaya müraciət etməyin təsirsiz olduğunu yaxşı başa düşürük) ki, gündəlik yaşam təcrübələrimizi bir-birimizlə paylaşmağa başlayaq. Biz inanırıq ki, məhz bu addım həmrəylik, bərabərlik və ədalətin inşası prosesinin başlanğıc nöqtəsi ola bilər.

 

Print Email
FaceBook Twitter Google