Dmanisidə xüsusilə son günlərdə vəziyyət çox gərgindir. Məişət
zəminində başlayan qarşıdurma, ertəsi gün,
17 May tarixində etnik qruplar arasında daha geniş miqyasda davam
edib. Qeyd edək ki, dünən Dmanisi küçələrində vəziyyət nəzarətdən
çıxmışdı. Dövlət tərəfləri bir-birindən ayıra və şiddəti ortadan
qaldıra bilmədi.
Bu hadisə bizə bir tərəfdən dövlətin mülki inteqrasiya
məsələlərində problemli işləmə təcrübələrini, digər tərəfdən isə
bölgələrdəki etnik qrupların illərdir bir yerdə yaşamasına
baxmayaraq, önəmli birgəyaşayış təcrübəsinin olmamasını göstərmiş
oldu.
Həmin bölgədə insanlar bir-birlərini tanımırlar və bu şəraitdə
insanları etnik mənsubiyyətə görə səfərbər etmək və qruplaşdırmaq
son dərəcə asandır.
Bu cür təsadüfi hadisələrin (məsələn, Pivə Hadisəsi) ilk və yeganə
hadisə olmadığını qeyd etmək lazımdır. Üstəlik, mövzunun
dərinliyinə endikdə dünənki hadisənin səbəbinin heç də nisiyə
aparılan pivə olduğunu düşünmürük.
Bu mövzuda, artıq çox şey yazıldığını, bir çox təşkilatın
moderasiyalıq təklifini və sülhyönümlü çağrışlarını nəzərə alaraq,
"Salam"-dakı gənclər sadəcə iki məsələyə diqqət yetirmək
istəyirik.
Birincisi, dominant etnik qrup üzvlərinin Gürcüstanda ən çox əzilən
və təcrid olunmuş qrup olduqları barədə “Gürcüstanda gürcülərdən
başqa heç kim əzilmir” narahatlığını tamamilə başa düşürük. Paralel
olaraq, ölkənin sosial-iqtisadi həyatı, yoxsulluq, mövcud iqtisadi
böhran və ətraf bölgələrdə yaşayan insanların məhrumiyyəti və
təhsilsizliyini də nəzərə alaraq bunu görməməyimiz mümkün deyil,
çünki Gürcüstanda yaşayan etnik qruplar da eyni vəziyyətdədir;
çünki biz də bu yoxsulluqda yaşayırıq, mövcud sosial-iqtisadi
problemlər bizə də təsir edir, bizə də geridə qalmış, təhsilsiz,
qaranlıqda qalmış kimi baxırlar.
Ancaq bu reallığı da nəzərə alaraq, periferiyalarda yaşayan etnik
qrupların niyə mövcud sistemdə olan problemlərə qarşı
birləşmədiyini və bir-birimizlə dava etdiyimizi anlaya
bilmirik.
Dominant qrupun əzilmiş vəziyyətinə görə bizim niyə
günahlandırlıldığımızı, bir bələdiyyədə bir-birimizi niyə daha
yaxşı tanıya bilmədiyimizi və bu mövcud vəziyyətədən, əzilmiş
vəziyyətimizə görə bir-birimizi günahlandırmağımızdan siyasi
klanların necə xeyir götürdüklərini başa düşə bilmirik.
Biz ümumi olaraq Gürcüstan əhalisinə müraciət etmək istəyirik
(çünki bu vəziyyətdə dövlətə, siyasi elitaya müraciət etməyin
təsirsiz olduğunu yaxşı başa düşürük) ki, gündəlik yaşam
təcrübələrimizi bir-birimizlə paylaşmağa başlayaq. Biz inanırıq ki,
məhz bu addım həmrəylik, bərabərlik və ədalətin inşası prosesinin
başlanğıc nöqtəsi ola bilər.