Kənan Ömərov Marneuli üzrə seçki proqramını seçkilərə iki gün qalmış yayımlayıb
“Gürcü Arzusu” partiyası 26 sentyabr tarixində, seçkilərdən 6 gün əvvəl Marneuli bələdiyyəsi üzrə seçki proqramını yayımlayıb. Marneuli meri vəzifəsinə namizəd Kənan Ömərov isə yerlilərə proqramı bu gün, 30 sentyabr tarixində, seçkilərə iki gün qalmış təqdim edib.

Seçki proqramı bir neçə istiqaməti əhatə edir. Proqramda bələdiyyədə iqtidar komandası tərəfindən illər ərzində həyata keçirilmiş fəaliyyət və gələcək planlar təsvir olunub.

İqtisadiyyat, kənd təsərrüfatı, səhiyyə, sosial müdafiə, təhsil, mədəniyyət və idman istiqamətində həyata keçiriləcək gələcək planları təqdim edirik:

Kənd Təsərrüfatı

  • Növbəti illərdə kənd təsərrüfatına dəstək olacaq proqramlar davam etdiriləcək və bu növbəti 4 il ərzində bələdiyyədə neçə yüzlərlə yeni iş yerinin yaranmasına səbəb olacaq, kənd təsərrüfatında işlə təmin olunan adamların gəlirinin artmasını təmin edəcək;
  • Ölkə miqyasında 2024-cü ilə qədər 1,2 milyon hektar torpağın qeydiyyatı həyata keçiriləcək. Bununla torpaq qeydiyyatı problemi tam həll olunacaq.
  • 2024-cü ilə qədər bələdiyyə ərazisində suvarma suyu ilə təmin edilmiş sahənin 19 348 hektara qədər artırılması planlaşdırılır.
Turizm

  • “Gürcü Arzusu” komandasının planına əsasən, təxmini müddət ərzində, 2025-ci il üçün ölkəyə 10 milyon turist gələcək. Turizmdən əldə edilmiş gəlir isə 4,2 milyard lariyə bərabər olacaq.
  • 2030-cu ildə Gürcüstan 13 milyon turist qəbul edəcək, gəlir isə 6,5 milyard lariyə çatacaq.
Səhiyyə

  • Əhalinin səhiyyə baxımından keyfiyyətli xidmətlərə və müalicə vasitələrinə əlçatanlığı artacaq.
  • Səhiyyə sahəsində işlə təmin olunan heyətin əməkhaqqı və davamlı təhsil əlçatanlığı artacaq.
  • İctimai səhiyyə və prioritet sahələrdə bələdiyyə əhalisinə tibbi xidmət göstərilməsi üçün keyfiyyətli dövlət proqramları həyata keçiriləcək.
  • Kənd həkimləri və ailə həkimlərinin rolunun mühümlüyü artacaq.
  • Bələdiyyə tərəfindən səhiyyə sahəsinin maliyyələşdirilməsi artacaq.
  • Səhiyyə sahəsində bələdiyyə proqramları genişləndiriləcək.

Sosial müdafiə:
  • Davamlı, effektli sosial müdafiə sisteminin qanunvericilik zəmanətləri yaradılacaq;
  • İşlə təmin edilmə və sosial yardım sistemi təkmilləşdiriləcək;
  • Bələdiyyə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlətin məqsədli proqramlarının keyfiyyəti və əlçatanlılığı artırılacaq;
  • Bələdiyyədəki aztəminatlı ailələr yenidən sosial yardımla təmin olunacaq;
  • Hədəf qruplara sosial paketlərin verilməsi davam etdiriləcək;
  • Yerli hakimiyyətin iştirakı ilə sosial müdafiə dövlət proqramlarının məqsədi və effektivliyi artacaq;
  • Bələdiyyə tərəfindən sosial müdafiə sahəsinin maliyyələşdirilməsi artırılacaq;
  • Sosial sahədə bələdiyyə proqramları genişləndiriləcək.
Təhsil və elm istiqamətində həyata keçiriləcək:

  • Bilinqual təhsil metodundan istifadə etməklə, milli azlıqların məktəbəqədər təhsil müəssisələrində dövlət standarlarının tətbiq edilməsinə dəstəyə xüsusi diqqət yetiriləcək. Bu isə milli azlıq nümayəndəsi olan bütün uşaqlara ana və dövlət dilini tam mənimsəmək, eləcə də müasir ictimai həyata inteqrasiya üçün lazım olan bütün bacarıqları inkişaf etdirmək imkanı yaradacaq.
  • Uşaq bağçalarının tikinti-bərpası davam etdiriləcək. Həmçinin, Marneuli şəhərinin 1 saylı uşaq bağçasının əsaslı təmiri və binada tədbirlər üçün zal, iki qrup üçün ayrılmış binanın artırılması (350 min lari) planlaşdırılır; Qızılhacılı kəndi və Marneuli şəhər 4 saylı uşaq bağçasında bərpa işləri aparılacaq, Kəpənəkçi və Şaumyani kəndlərinin uşaq bağçasında ayaqyolu və mətbəxin bərpası işləri həyata keçiriləcək (54,1 min lari);
  • Bilinqual təhsil metodundan istifadə etməklə qeyri-gürcü dilli məktəblərdə milli təhsil planının tətbiq edilməsinə xüsusi diqqət yetiriləcək. Bu milli azlıq nümayəndəsi olan bütün uşaqlara ana və dövlət dilini tam mənimsəmək imkanı yaradacaq.
  • Bələdiyyənin dəstəyi ilə Marneulidə müəyyən edilmiş 6-dan 16 yaşa qədər məktəbdən kənar qalmış uşaqların ailələri/faktiki qəyyumu ilə uşaqların təhsil hüququnu təmin etmək məqsədi ilə ünsiyyət qurulacaq.
  • Bələdiyyənin ictimai məktəblərinin tikinti-bərpası davam etdiriləcək: 240 şagird üçün nəzərdə tutulmuş Xuldərə kənd ictimai məktəbinin tikintisi – 3 milyon 391,2 min lari; 300 şagird üçün nəzərdə tutulmuş Candar ictimai məktəbinin tikintisi – 3 milyon 882,2 min lari;
  • 300 şagird üçün nəzərdə tutulmuş Kürtlər kənd ictimai məktəbinin tikintisi – 3 milyon 860,8 min lari; 450 şagird üçün nəzərdə tutulmuş Qasımlı kənd ictimai məktəbinin tikintisi – 6 milyon 168,8 min lari; 450 şagird üçün nəzərdə tutulmuş Şulaveri ictimai məktəbinin tikintisi – 6 milyon 389,1 min lari;

  • Mədəniyyət və İdman



  • Bələdiyyə əhalisi üçün mədəni sahələrin əlçatanlığı artacaq;
  • Mədəni həyata dəstək olunacaq və mədəni irsi abidələrin mühafizə-bərpa tədbirləri həyata keçiriləcək;
  • Bələdiyyədə Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin layihəsi həyata keçiriləcək: qaçqınların sıx məskunlaşdığı məntəqələrdə incəsənət dərnəklərinin fəaliyyətinə dəstək – məktəblərdə müxtəlif dərnəklərin (əl işləri, keramika, rəsm, toxuculuq, xalq rəqsləri) fəaliyyət göstərməsi;
  • Tserakvi kompleksinin bərpası planlaşdırılır – 400 min lari;
  • Marneuli şəhərindəki dörd kombinasiya edilmiş mini stadionun bərpası – 123,4 min lari;
  • Bələdiyyə əhalisi arasında idmanın prioritet növ kimi təşviqinə dəstək göstəriləcək;
  • Bacarıqlı uşaqlar və gənclərin idman bacarıqlarını kəşf etmək üçün, uğurlu idmançılara dəstək davam etdiriləcək və onlar üçün müvafiq şərait yaradılacaq;
  • İdman obyektlərinin tikintisi-bərpası davam etdiriləcək, sonrakı layihələr həyata keçiriləcək: 2020-2021-ci illərdə, Marneuli şəhərində futbol meydançasının (UEFA standartlarının ikinci kateqoriyası səviyyəsində) bərpasına 6 milyon 777,5 lari xərclənəcək;
  • Bələdiyyənin gündəlik fəaliyyətində gənclərin iştirakına və onların irəli sürdüyü layihələrin həyata keçirilməsinə dəstək göstəriləcək;
  • İdman həyatının inkişafı və gənclərin effektiv siyasət aparmasına dəstək olacaq layihələr həyata keçiriləcək.

Proqramın ümumi hissəsinə buradan baxa bilərsiz.

"Marneuli" Radiosu
Print