Mixeil Saakaşvili saxlanılıb – Qaribaşvili
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Gürcüstan ərazisində saxlanılıb. Bu barədə Baş nazir İrakli Qaribaşvili xüsusi birifinqdə məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanın hüquq-mühafizə orqanları sabiq prezidentin hərəkəti barədə öncədən məlumatlı olub və bu proses tam nəzarət altında saxlanılıb.

"Hüquq-mühafizə orqanlarımız axtarışda olan Saakaşvilinin saxlanılma əməliyyatını yüksək səviyyədə həyata keçiriblər. Hüquq-mühafizə orqanlarımız Ukraynadan Gürcüstana keçməsi barədə ilkin məlumata sahib idilər və proses tam nəzarət altında idi. Müvafiq tədbirlər görülüb və elə vaxt və yer seçildi ki saxlanılması üçün maneə minimuma endirilsin", - deyə İrakli Qaribaşvili oktyabrın 1-də hökumət Administrasiyasında mətbuat üçün verdiyi brifinqdə bildirib.

Baş nazir daxili işlər naziri Vaxtanq Qomauri və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili ilə brifinq keçirib.

Mixail Saakaşvilinin harada və hansı şəraitdə həbs edildiyi hələlik məlum deyil.

İ.Qaribaşvili qeyd edib ki, M.Saakaşvili penitensiar müəssisəyə yerləşdirilib.

Xatırladaq ki, Mixeil Saakaşvili bu gün səhər Gürcüstana gəldiyini elan edib. O, Facebook-da iki videoçarx paylaşıb və Batumidə olduğunu bildirib.

Mənbə: Netgazeti
Print