Saakaşvilinin səhhətinə nəzarət etmək üçün alternativ komissiya yaradılır

Gürcüstanın üçüncü prezidenti, məhkum Mixail Saakaşvilinin sağlamlıq

vəziyyətinin monitorinqi üçün “Empatiya” təşkilatı alternativ tibbi komissiya yaradır.
Qrupda bir neçə sahənin həkimi olacaq.

"Empatiya"niın rəhbəri Mariam Cişkariani izah edib ki, həkimlər təkcə üçüncü prezidentin vəziyyətini izləməyə və qiymətləndirməyə deyil, həm də zəruri hallarda lazımi tibbi yardım göstərməyə hazırdırlar.

"Bu adamı olduğu müəssisədə bir saat belə saxlamaq olmaz. Onun həbsxana tarixinçəsində yazılıb ki, yüngül kovid keçirib ki, biz də bununla razılaşa bilmərik, çünki Hollandiyada tibbi kartı var və orada kovidi ağır keçirdiyi, ağciyərlərinin vəziyyəti ilə əlaqədar onun pulmoloqa ehtiyacı olduğunu açıq şəkildə bildirilir. Müvafiq olaraq pulmonoloqun monitorinqini davam etdirmək lazımdır.

Bu çox böyük riskdir və buna görə də insan olması lazım olan yerdə olmalıdır və belə bir bölmə reanimasiya şöbəsidir.

“İndi onlar 18-ci həbsxanada belə bir bölmə təşkil etməyə başlayıblar, bu, çox gülməlidir və bu, siyasi zəmində ayrı-seçkilik yanaşmasıdır, insana psixoloji cəhətdən cəzalandırıcı təsir göstərir”, - deyə Mariam Cişkarani bildirib.

 

Print