Mixeil Saakaşvilinin anası Qiuli Alasaniyanın sözlərinə görə,
Mixeil Saakaşvili Rustavi həbsxanasından köçürülüb.
Bir az əvvəl Rustavi həbsxanası yaxınlığına helikopter səfərbər
olunubmuş.
"Faktdır ki, bir az əvvəl onu zirehli maşınlarla çıxarıblar, sonra
isə deyəsən helikopterə mindiriliblər, hara apardıqlarını
bilmirəm", deyə Qiuli Alasania jurnalistlərə deyib.
Saakaşvilinin hara aparıldığı hələlik məlum deyil. Onun heç bir
vəkilində bu haqda məlumat yoxdur. Vəkil Dito Sadzaqlişvili
bildirib ki, məlumatı mediadan öyrənib.
“Netgazeti” müxtəlif agentliklərdən və mənbələrdən məlumat
öyrənməyə çalışır.
Müdafiə Nazirliyindən nəşrə bildiriblər ki, hökumət belə bir qərar
verərsə, Qori Hospitalı (Nazirliyin tabeliyində olan) Saakaşvilini
qəbul etməyə hazırdır. Lakin Qori xəstəxanasının nümayəndəsi
bildirib ki, Saakaşvilinin ora köçürülməsi ilə bağlı heç bir
məlumatı yoxdur.
[Material yenilənəcək]
Bir az əvvəl Mixeil Saakaşvilini müalicə edən həkim Nikoloz
Kipşidze demişdi ki, “şura yekdilliklə xəstənin təcili olaraq
yüksək profilli tibb müəssisəsinə, yüksək profilli mülki müəssisəyə
köçürülməsi barədə qərar qəbul edib”.
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili 39 gündür aclıq
aksiyası keçirir. O, ölənədək bunu etmək niyyətində olduğunu
bildirimişdi.
Hökumət Saakaşvilini mülki xəstəxanaya köçürməkdən imtina edir və
zərurət yaranarsa, Saakaşvilinin 18-ci tibb müəssisəsinə (həbsxana
xəstəxanası) köçürüləcəyini bildirir.
Bununla belə, Xalq Müdafiəçinin sözlərinə görə, qurumdakı vəziyyət
hələ də çoxfunksiyalı qrupun verdiyi nəticə və tövsiyələrə tam
uyğun gəlmir.