Hakimiyyət Saakaşvilini mülki klinikaya köçürsün, müxalifət isə məsuliyyət götürsün ki, orada etiraz aksiyası keçirmyəcək - Bakradze

Müstəqil deputat Davit Bakradzenin təşəbbüsü ilə hökumət Saakaşvilini mülki

klinikaya köçürməli, müxalifət isə klinika qarşısında heç bir mitinq keçirməyəcəyinə söz verməlidir.

“Mənim hakimiyyətə konkret təklifim və təşəbbüsüm var ki, Saakaşvilini dərhal Qldani həbsxanasından multidissiplinar mülki xəstəxanaya köçürsün və buna cavab olaraq müxalifət bu xəstəxananın yaxınlığında hər hansı etiraz aksiyası və ya mitinq planlaşdırmamağı öhdəsinə götürsün. Bununla biz bir tərəfdən Mixeil Saakaşvilinin həyatının qorunmasını təmin etmiş oluruq, onu xəstəxanaya çatdırırıq.

Artıq insan həyatının xilas olduğunu biləndən sonra, siyasi addımlardan danışaq. Hələlik əsas vəzifə Mixeil Saakaşvilinin həyatıdır, çünki Allah eləməsin, bu gün Qldani həbsxanasında Mixeil Saakaşvilinin başına nəsə gəlsə, seçki, islahat, məhkəmə, NATO və hər şey bir kənarda qalacaq və özümüzü dəhşətli 90-cı illərin uçurumda görəcəyik”,
- deyə Bakradze bildirib.

Ötən gecə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Rustavidəki 12 saylı həbsxanadan köçürüldüyü məlum olub. Rəsmi mənbələr bir neçə saat ərzində Mixeil Saakaşvilinin hara aparıldığını açıqlamayıb.

Daha sonra Penitensiar Xidmətin yaydığı bəyanatda Mixeil Saakaşvilinin Qldani həbsxanasının xəstəxanasına aparıldığı bildirilib. Mixeil Saakaşvili oktyabrın 26-da yayımladığı məktubda bildirirdi ki, vəziyyəti nə qədər ağırlaşsa da, o, Qldani Həbsxana Klinikasına köçürülməkdən imtina edir.

Mixeil Saakaşvilini Qldani Həbsxana Klinikasında ombudsmanın nümayəndəsi və ombudsman Nino Lomcaria ziyarət edib. Onların sözlərinə görə, Mixeil Saakaşvilinin dediyi kimi, onu zorla Qldani həbsxanasının klinikasına yerləşdiriliblər.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google