Məni zorla köçürməyə çalışdılar, həmin vaxt huşumu itirdim - Saakaşvili
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bildirib ki, bu gün onu Qori xəstəxanasından zorla köçürməyə cəhd ediblər, bu zaman o, huşunu itirib.
Bu barədə Saakaşvilinin vəkili və Mtavari kanalının təsisçisi Nika Qvaramiyanın jurnalistlərə oxuduğu Saakaşvilinin məktubunda yazıb.

“Bu gün məni aparmağa gəldilər, saat altının yarısı olardı, qara rəngli paltar geyinmişdilər, məni aparacaqlarını bildirdilər, amma hara gedəcəyimizi demədilər. Mən təzyiqimi və nəbzimi yoxlamağı xahiş etdim, təzyiqim 180 idi, ikinci halda, ikinci ölçmədə artıq 200/110 idi. Normal qan təzyiqim 120/80-dir. Bu, mənim fikrimcə, hipertansif böhran idi. Mən təzyiq və nəbz baxımından heç vaxt belə vəziyyətdə olmamışam.
Onlar məni məcburi aparmağa cəhd etdikləri zaman müqavimət göstərdim, bundan sonra huşumu itirdim və müəyyən bir zaman kəsiyini xatırlamıram. Özümə gələndə həkim başımın üstündə dayanıb dedi ki, daha heç yerə getməyəcəksən, xəstəxanada qalacaqsan. Mənə də dedilər ki, həkimlərimi içəri buraxacaqlar, amma buraxmırlar. Bu, həyatımda yaşadığım ən ağır böhran idi. Bütün bu müddət ərzində, o cümlədən tibbi problemlər zamanı video çəkirdilər. Mənim vəziyyətimin ağır olması videoya çəkilib”, - deyə Mixeil Saakaşvilinin məktubunda yazılıb.


Qvaramia klinikaya daxil olmaq hüququnu tələb edir. O, insidentə görə öz etirazını bildirib və Ukrayna dövlətini, eləcə də Xalq Müdafiəçisini münasibət bildirməyə çağırıb.
Nika Qvaramiyanın sözlərinə görə, Saakaşvilinin həbsxanaya qayıtması xəstəxana həkiminin verdiyi forma 100 sənədinin əsasında planlaşdırılır. O, həmçinin deyib ki, Saakaşvili Qori Hərbi Hospitalında reabilitasiya oluna bilməyəcəyi üçün onu Gürcüstanda və ya xaricə referal klinikaya köçürmək lazımdır.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google