Rusiyanın NATO ilə diplomatik əlaqələri kəsməsi dialoqu
çətinləşdirir.
Bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat
konfransında deyib. O, bildirib ki, Rusiya və NATO Brüsseldə və
Moskvada müvafiq ofislərini bərpa etməlidirlər.
“Biz həmçinin şəffaflığı təşviq etmək və riskləri
azaltmaq üçün mövcud hərbi kommunikasiya kanallarımızdan tam
istifadə etməliyik”, - deyə Y. Stoltenberq
vurğulayıb.
Baş katib qeyd edib ki, NATO Ukrayna da daxil olmaqla Avropanın
təhlükəsizliyi ilə bağlı Rusiyanın narahalıqlarını dinləməyə
hazırdır, lakin Rusiya müttəfiq ölkələrə və bütün xalqlara
yönəltdiyi aqressiv və pisniyyətli fəaliyyətlərdən
çəkinməlidir.
“Rusiya həmçinin ölkələrin icazəsi olmadan
yerləşdirdiyi qüvvələrini Ukrayna, Gürcüstan və Moldovadan
çıxarmalıdır. Bütün tərəflər Normandiya formatı da daxil olmaqla
münaqişələrin konstruktiv şəkildə həlli ilə bağlı səylərdə iştirak
etməldirlər”, - deyə Y. Stoltenberq bildirib.
Mənbə: apa.az