Rusiya vətəndaşı Ukraynadakı müharibəyə etiraz olaraq Tbilisidə pasportunu yandırıb
Rusiya vətəndaşı Anton Mixalçuk Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz olaraq bu gün Tbilisidəki Ukrayna səfirliyi qarşısında pasportunu yandırıb.

Pasportunu nümayişkaranə şəkildə yandıran Rusiya vətəndaşı “Mən bu ölkənin vətəndaşlığından imtina edirəm, bu pasporta sahib olmaq istəmirəm”, deyib.
Ukrayna səfirliyi qarşısındakı insanlar Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz edir və “Putin x....o” şüarları səsləndirirlər.

Rusiya bu gün, fevralın 24-də müxtəlif istiqamətlərdən Ukraynaya müdaxilə edib və səhər saatlarından şəhərlər yaxınlığındakı strateji əhəmiyyətli obyektləri bombalayır. Ölən və yaralananlar var.

{{AUDIO}}



Mənbə: Netgazeti
Print