Doğma torpaqda “başqasının” münaqişəsində birgə iştirak
Gürcüstan çox sayda etnosların yaşadığı ölkədir. Əhalinin əksəriyyətini etnik gürcülər təşkil edir. Daha sonra etnik Azərbaycanlılar və etnik ermənilər gəlir. Onlar əsrlərdir ki, Gürcüstanda yaşayırlar. Ən çox etnik azlıq nümayəndəsinin məskunlaşdığı bələdiyyələrdən biri Marneulidir. Demək olar ki, bu iki millət arasındakı münasibəti 44 günlük Qarabağ müharibəsi qismən gərginləşdirdi.

Azərbaycan və Ermənistanda baş verən hadisələr Gürcüstanda yaşayan Azərbaycanlılara və ermənilərə də təsir etdi. Mülki fəal, Marneuli sakini Samirə Bayramova hesab edir ki, bunların hamısının səbəbi rusiyayönümlü, təxribatçı yanlış məlumat “maşınlarının” fəaliyyətidir. Gürcüstanda yaşayan Azərbaycanlıların və ermənilərin hansı problemləri, hansı ortaq dəyərləri var? Bayramova düşünür ki, bunların hamısını dövlət düşünməyib və heç münaqişəni həll etmək təcrübəsi də yoxdur.

“Düzünü desəm, Azərbaycanlılar və ermənilərin böyük problemləri yoxdur, ancaq müxtəlif dağıdıcı, rusiyapərəst qruplar var ki, özləri belə vəziyyət yaradırlar. Burada dövlət böyük rol oynayır. Yadımdadır, layihələrdən birində Azərbaycanlılar və erməni qrup iştirak edirdik. Birlikdə idik, birlikdə yeyirdik, dostluq edirdik, rəqs, ifa edirdik. Ancaq bu qruplar bölündü ki, sizin aranızda nə isə olmasın. Bu konkret təşkilatçı tərəfindən hər iki qrup üçün mənfi addım idi. Çünki Azrbaycan və Ermənistan arasında problem var, düşünürlər ki, bu gün bizim də problemimiz var. Bizim aramızda möhkəm ünsiyyət olmalıdır. Heç bir millət bir-birimiz üçün təhlükəli deyilik. Əksinə, biz birlikdə ümumi problemlərdən danışa bilərik. Məsələn, indi etnik azlıqlara aid olan təhsil məsələsi üzərində işləyirik. Qrup şəklində erməbi, abxaz, osetinlərlə işləyirik. Biz hamımıza eyni şəkildə aid olan ümumi problemləri müzakirə edirik. Hesab edirəm ki, bu problemin həlli üçün kollektiv vasitədir və düşünürəm ki, ümumi problemlərimiz olduğu halda niyə ayrı-ayrılıqda işləyirik”.


Gürcü-erməni İttifaqının rəhbəri Mari Arakelova hesab edir ki, Gürcüstanda yaşayan Azərbaycanlılar və ermənilərin nümunəvi münasibəti var. Müvafiq qüvvələr isə gərgin vəziyyət yaratmaq istəyirlər. O, düşünür ki, İkinci Qarabağ müharibəsi indiyə kimi olan münasibəti gərginləşdirməyib.

“Gürcüstan-Ermənistan sərhəddində, yaxud hansısa fərdi hallar baş verəndə həmin gərginlikdən istifadə edərək müxtəlif qüvvələr manipulyasiya etməyə çalışırlar. Ancaq Gürcüstanda məskunlaşmış Azərbaycanlılar və ermənilər bunun öhdəsindən layiqli şəkildə gəlirlər. Təbii ki, Qarabağ müharibəsi zamanı gərgin vəziyyət yaranmışdı. Bizim, etnik ermənilər və Azərbaycanlıların tarixi vətəni qohumdur. Onların sağlamlıq vəziyyətinə görə narahatıq və müvafiq olaraq, gərgin olacaqdıq. Ancaq münasibətlərin dəyişməsinə gəldikdə, ümumiyyətlə, bu müharibə zamanı armenofobiya dalğası yalnız Azərbaycanlılar tərəfindən hiss olunmurdu, həm də ümumiyyətlə, ictimaiyyətdə belə vəziyyət yaranmışdı ki, guya ictimiyyətdə armenofobiya yaranıb. Ermənistanın timsalında deyə bilərəm ki, şəxsi kontekstlər hesabına münasibətlər korlandı. Ola bilsin, kiminsə dostu "Facebook"da uyğun olmayan paylaşım yazdı və fərq etməz bu Azərbaycanlıdr, yoxsa erməni, ya gürcü. Bu dərəcədə dəyişdi, ancaq mən deyə bilmərəm ki, indiyə kimi olduqlarından daha artıq düşmən olublar, bu belə deyil”.


Gürcüstanda yaşayan Azərbaycanlılar və ermənilərin münasibəti ilə bağlı yazdığımız daha bir müsahib kimliyinin bilinməsini istəmədi. Marneulidə yaşayan, etnik erməni mülki fəal üçün mövcud olan münaqişəni dərk edənə qədər Azərbaycanlı icması ilə münasibət müsbət kontekstdə qəbul olunurdu. Bayramların və ənənəvi tədbirlərin birlikdə qeyd edilməsi ona insani münasibətlərin paylaşılması şəraitini yaradır.

“Uşaqlıqdan Aərbaycanlılarla münasibətim var. Birlikdə bayramı keçirərdik. Yeni il, toy olanda həmişə bir-birimizə qonaq gedərdik. Yaxşı deyim var ki, düşmən olaraq doğulmurlar, buna siyasi vəziyyət səbəb olur. Tam deyə bilərəm ki, biz sülh içində birlikdə yaşamağa yaxşı nümunəyik. Qarabağ müharibəsini xatırlasaq, bir neçə hadisəni yada sala bilərik ki, kiçik qarşıdurmalar var idi. Ancaq bu bütün etnosa aid deyildi. Dövlət tərəfindən daha çox addım lazım idi ki, bunların hamısının qarşısı alınsın. Azərbaycanlı və ermənilərin birlikdə yaşadığı kəndlərdə isə bilirdim ki, müharibə gedəndə münaqişə olmasın deyə bir-biri ilə münasibət qurmaqdan çəkinirdilər. Çünki hər iki tərəf öz tərəfindən məlumat alırdı və bir az düşmən əhvalında idi. Gürcüstan vətəndaşı olsaq da, bunlar hamısı yenə təsir göstərir”.

Sosial Ədalət Mərkəzi 44 günlük ikinci Qarabağ müharibəsinin təsirləri barədə araşdırma aparmağa qərar verib. 20-yə yaxın ətraflı müsahibə yazılıb, sosial şəbəkələri, yerli media tərəfindən hadisələrin işıqlandırılmasını araşdırıblar və Gürcüstanda yaşayan Azərbaycanlıların, ermənilərin əhvalını müşahidə ediblər. Mərkəzin araşdırmaçısı Kamran Məmmədli bildirir ki, Gürcüstanda yaşayan etnik azlıqlar əsasən qonşu ölkələrin mətbuatının təsiri altında idilər. Ancaq bütün bunlara baxmayaraq, sakitliyi qoruyurdular.


“Araşdırma çərçivəsində mühüm və maraqlı nəticələrimiz oldu. İlk olaraq görünür ki, Gürcüstanda yaşayan etnik Azərbaycanlılar və ermənilər müvafiq qonşu ölkələrə qarşı müsbət əhvalda idilər və münaqişədə onlar müvafiq ölkəni dəstəkləyirdilər. Bu Gürcüsatnda olan sosial ekskluziya siyasətinə görə yarana bilərdi. Eləcə də kəskin şəkildə görünürdü ki, Gürcüsatnda yaşayan etnik azlıqlar qonşu ölkələrin mətbuatının təsiri altında idilər və dil baryerinə görə, onlar gürcü dilində Qarabağ müharibəsi ilə bağlı neytral mövqe ilə tanış ola bilmirdilər. Qeyd edək ki, Marneulidə, uzaq kəndlərdə birlikdə yaşama təcrübəsi xüsusi ilə dərk edilib və bununla yanaşı biz gördük ki, dövlət bu birlikdə yaşama təcrübəsini gücləndirmək üçün nə müharibə gedən zaman, nə də ondan sonra mühüm addımlar atmır. Mövcud olan həmin sakit əhval-ruhiyyələr yenə bu xalqın müdrikliyindən irəli gəlir”.


İkinci Qarabağ müharibəsi 2020-ci ilin 27 sentyabrında başlayıb. Azərbaycan və Ermənistan arasında silahlı münaqişə Dağlıq Qarabağ regionunda gedirdi. Müharibə nəticəsində Azərbaycan bir sıra əraziləri qaytardı. Tərəflər arasında əldə olunan razılaşmaya görə, Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana təhvil verilib.

"Marneuli" Radiosu
Print