Mülki fəal Samirə Bayramova Alt-İnfonun Marneulidəki ofisinin divarını Ukrayna bayrağının rənglərinə boyayıb
Bu gün, 14 mart tarixində Alt-İnfonun Marneuli ofisininin divarını rənglərlə boyayıblar. Marneulili mülki fəal Samirə Bayramova ofisin fasadını Ukrayna bayrağının rənglərinə boyayıb. O, bildirib ki, Rusiya ideologiyasını təbliğ edən partiyalar Gürcüstanda fəaliyyət göstərməməlidir.


“Alt-İnfo” tərəfindən təsis edilmiş “Konservativ hərəkat” partiyasının Marneulidə filialı Rustaveli küçəsi 89 ünvanında 14 mart tarixində açılıb. Rustavi və Marneuli ofisinin rəhbəri Merab Qiqani o zaman bildirmişdi ki, partiya Kvemo Kartlinin demək olar, bütün bələdiyyələrində ofis açıb. O, qeyd edib ki, onların məqsədi gələcək planlar və məqsədlərlə əhalini tanış etməkdir.

İndiki mərhələdə “Konservativ hərəkat” partiyasının ofisləri Kvemo Kartlidə Dmanisi, Bolnisi, Marneuli, Tetritskaro, Rustavi və Qardabanidə açılıb.

Gürcüstanın bir neçə bələdiyyəsində vətəndaşlar etiraz əlaməti olaraq Alt-İnfonun ofislərini boyayıblar.

"Marneuli" Radiosu

 

Print