Mən Sizin atanızdan bir sitat gətirmək istərdim – İrakli Qaribaşvili
"Azərbaycanın ümummilli lideri Heydər Əliyevə, onun xatirəsinə Gürcüstanda dərin ehtiram var".

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında deyib.

"Mən Sizin atanızdan bir sitat gətirmək istərdim. O, vaxtilə Gürcüstanda, Tbilisidə olanda demişdi ki, Azərbaycan və gürcü xalqları qonşu olduqları üçün xoşbəxtdirlər. Bizim əcdadlarımız iki xalq arasında əlaqələri yaradıb. Bu gün də vəzifəmiz əməkdaşlığı irəli aparmaq və gələcək nəsillərə ötürməkdir".

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google