Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycan prezidenti İlham
Əliyevin Gürcüstana səfəri barədə ona məlumat verilmədiyini
bildirib.
Prezidentin sözlərinə görə, o, Əliyevin Gürcüstana səfərindən
xəbəri olmayıb
Dünən, oktyabrın 24-də prezident administrasiyası bu barədə məlumat
yayıb.
“Məsələnin vacibliyinə görə Gürcüstan Prezidentinin
Administrasiyası ictimaiyyətin diqqətinə çatdırmağı məqsədəuyğun
hesab edir ki, qonşu və dost ölkənin prezidenti cənab İlham
Əliyevin Gürcüstana işgüzar səfəri barədə dövlət başçısına məlumat
verilməyib.
Gürcüstan prezidentinin istəyinə və hazırlığına baxmayaraq, təəssüf
ki, prezidentlər arasında ənənəvi olaraq bütün dövlət başçılarının
ölkəyə səfəri zamanı keçirilən görüş baş tuta bilmədi.
Gürcüstan Prezidenti bir daha Azərbaycan Respublikasının
prezidentini yaxın vaxtlarda rəsmi səfərdə qəbul etməyə hazır
olduğunu və arzusunu bildirir”, - deyə Prezidentin
Administrasiyasından bildirilib.
İlham Əliyev dünən Gürcüstana səfər edib və baş nazir İrakli
Qaribaşvili ilə görüşüb.