Dron müəssisəsinin tikintisi son mərhələdədir - müdafiə


"Delta-Webe" Gürcüstan-Polşa şirkətinin pilotsuz uçuş aparatlar

ı müəssisəsinin tikintisi son mərhələdədir. Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.

Müdafiə naziri Cuanşer Burçuladzenin sözlərinə görə, müəssisə yaxın vaxtlarda Gürcüstan istehsalı olan pilotsuz uçuş aparatlarını buraxa biləcək.

Gürcüstan-Polşa şirkəti “Delta-Webe” “Delta İnternational” MMC ilə Polşanın “Webe Electronics” şirkəti arasında bağlanmış müqavilə əsasında yaradılmışdır.

Sözügedən müəssisədə gürcü və polşalı mütəxəssislər pilotsuz uçuş aparatlarının istehsalı mövzusunda birgə çalışacaqlar. Hərbi sənayenin inkişafı məqsədilə “Delta-Webe” MMC ilə Gürcüstan Müdafiə Nazirliyi arasında regionda ilk pilotsuz uçuş aparatlarının təlim mərkəzinin açılmasını nəzərdə tutan saziş imzalanıb. Mərkəzin peşəkar təlimatçıları Müdafiə Qüvvələrinin müvafiq şəxsi heyətini yenidən hazırlayacaqlar.

Qeyd: Fotoda Gürcüstan-Polşa müəssisəsinin yaratdığı uçan aparatlar yox, Gürcüstanın arsenalında olan İspaniya istehsalı olan kəşfiyyat aparatları əks olunub.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google