İşçi Qrup Vahid Milli Hərəkatda onlayn seçkilərlə bağlı razılığa gəlib, detallar noyabrın 22-dək dəqiqləşdiriləcək
“Milli Hərəkat”da 7 nəfərdən ibarət xüsusi komissiyanın iclasında partiya sədrinin onlayn rejimdə seçilməsinə qərar veriblər.

Bundan əlavə, komissiyanın fikrincə, konkret şəxsin namizədliyini irəli sürməsi üçün siyasi şuranın üç üzvünün dəstəyinə ehtiyac olacaq.

Dəqiq təfərrüatları olan rəsmi sənədi – seçkilərin nə vaxt keçiriləcəyi, dəqiq necə onlayn formatda olacağını və s. - işçi qrupu noyabrın 22-dək hazırlayıb siyasi şuranın təsdiqinə təqdim etməlidir.

Bundan sonra sədr olmaq istəyənlər namizəd kimi qeydə alınacaq.

İşçi qrupunun üzvləri aşağıdakılardır:
  • Qiorqi Baramidze
  • Nino Kvitaişvili
  • Tornike Bikashvili
  • Qiorqi Botkoveli
  • Levan Bejaşili
  • İvane Petriaşvili
  • Baço Dolidze
Mənbə: Netgazeti
Print Email
Tags: Partiya VMH
FaceBook Twitter Google