Marneuli Bələdiyyə Məclisinin iclası – CANLI
Marneuli Munisipalitetinin Sakrebulosunun 2022-ci il 14 noyabr iclasının
Gündəmi:
1. Marneuli Munisipalitetinin Sakrebulo üzvünün səlahiyyəti haqqında.
/ məruzəçi: Vasil Xaxulaşvili/
2. Marneuli Munisipalitetinin Sakrebulosunun daimi komissiyalarında üzvlərin sayının və proporsional nümayəndəlik kvotalarının müəyyən edilməsi haqqında.
/ məruzəçi: Vasil Xaxulaşvili /
3. ,,Marneuli Munisipalitetinin 2022-ci il büdcəsinin təsdiqlənməsi haqqında’’ Marneuli Munisipalitetinin Sakrebulosunun 2021-ci il 01 dekabr N41 qərarına dəyişiklik daxil edilməsi haqqında.
/məruzəçi: Maia. Naveriani, Teona Parciani/
4. Marneuli Munisipalitetinin 2022-ci ilin yerli büdcəsinin üç rübü üzrə icrası haqqında hesabat.
/məruzəçi: Maia. Naveriani, Teona Parciani/
5. Dövlət Əmlakının Milli Agentliyinin 2022-ci il 25 oktyabr N5/59435 məktubunun müzakirə olunması haqqında.
/məruzəçi: Q. Qiorqadze/
6. Marneuli Munisipalitetinin Merinin 2022-ci il 8 noyabr N32-3222312134 məktubunun müzakirə edilməsi haqqında.
/məruzəçi: Q. Qiorqadze/
7. Marneuli Munisipalitetinin Meriyasının Əmlakın İdarə Edilməsi və Maddi-Texniki Təminat Xidmətinin rəhbərinin 2022-ci il 1 noyabr tarixli N07-322230568 saylı hesabat vərəqəsinə baxılması ilə bağlı.
/məruzəçi: Qivi Qiorqadze /
8. Marneuli Munisipalitetinin Şaumiani inzibati ərazi vahidinin Şaumiani kəndinin küçələrinə ad verilmə haqqında.
/ məruzəçi: Qivi Qiorgadze /

Print Email
FaceBook Twitter Google