Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli hərbi
əməkdaşlıq formatı inkişaf etdiriləcək.
Məsələ Tbilisidə səfərdə olan Azərbaycanın müdafiə naziri
general-polkovnik Zakir Həsənovun gürcüstanlı həmkarı Cuanşer
Burçuladze ilə görüşü zamanı müzakirə edilib.
Gürcüstan Müdafiə Nazirliyinin (MN) məlumatına görə, söhbət zamanı
tərəflər Gürcüstan və Azərbaycan arasında strateji əlaqələrin
dərinləşdirilməsinin, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan
əməkdaşlıq formatının daha da inkişaf etdirilməsinin vacibliyini
vurğulayıblar.
Zakir Həsənovun səfər çərçivəsində Azərbaycan nümayəndə ilə
birlikdə Gürcüstanın David Aqmaşenebeli adına Milli Müdafiə
Akademiyasını da ziyarət edəcəyi bildirilib.