Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Türkiyədə
Azərbaycanın müdafiə naziri,
general-polkovnik Zakir Həsənovla ikitərəfli formatda görüş
keçirəcək.
Məlumatı Gürcüstan Müdafiə Nazirliyi (MN) yayıb.
Bildirilib ki, görüş Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə
nazirlərinin Kayseridə keçiriləcək üçtərəfli görüşü çərçivəsində
baş tutacaq.
Cuanşer Burçuladzenin Türkiyə müdafiə naziri Hulusi Akarla da
ikitərəfli görüş keçirəcəyi qeyd olunub.
Tərəflərin regiondakı təhlükəsizlik mühiti, həmçinin üçtərəfli
formatda cari və gələcək əməkdaşlıq planlarını müzakirə edəcəkləri
qeyd olunub.