Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edəcək
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, T ürkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün dekabrın 20-də Türkiyəyə səfər edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Keçiriləcək görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.

Mənbə: apa.az
Print