Gürcüstan cəmiyyətində İslamın sülhsevər və tolerant mahiyyəti təbliğ edilir – Tariel Nakaidze
Gürcüstan cəmiyyətində İslamın sülhsevər və tolerant mahiyyətinin təbliği davam edir. Millətlərarası və dinlərarası sülhün və əmin-amanlığın möhkəmləndirilməsi üçün mümkün olan bütün addımlar atılır.

Bu fikri Gürcüstan Parlamentinin deputatı Tariel Nakaidze Azərbaycan İlahiyyat İnstitutu və “İdrak” İctimai Birliyinin birgə təşkil etdikləri "Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda keçirilən beynəlxalq forumda deyib. Deputat deyib ki, müsəlmanlar yüksək savada malik, tolerant, mədəni insanlar kimi tanınmalı, öz həyat və fəaliyyətləri ilə İslamın əsl mahiyyətini nümayiş etdirməlidirlər.

Mənbə: azertac.az
Print