“Mişa, səndən istifadə edirlər” – Tsulukiani Saakaşviliyə
Mədəniyyət naziri Tea Tsulukiani Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə müraciət edərək, onun “silaha çevrildiyini” və “istifadə edildiyini” bəyan edib. O, bu barədə dekabrın 24-də açıqlama verib.

“Mişa, yenə səndən istifadə edirlər. Mişa onların alətinə çevrildi. Daha kobud sözlərdən istifadə etmək istəmirəm.

Ona görə də məncə insan həyatı ilə oynamaq tamamilə əxlaqsızlıqdır. Fərdin öz hüquqları var və əgər Saakaşvili özü də razılaşırsa ki, o, Marqvelaşvili də daxil olmaqla kənarda qalan uğursuz siyasətçilərin əlində yalnız alət və faydalı alətdir, bu, yalnız onun qərarıdır”,
- Tsulukiani bildirib.

Gürcüstanın keçmiş prezidenti Qiorqi Marqvelaşvli və 140-a yaxın keçmiş məmur dünən, dekabrın 23-də eks-prezident Mixeil Saakaşvilinin səhhəti ilə bağlı bəyanat yayıb.

İctimai müdafiəçi və müstəqil amerikalı tibb ekspertləri qrupunun yaratdığı şuranın qiymətləndirmələrinə əsaslanaraq, bildiriblər ki, Gürcüstanda Saakaşvilinin həyatını qorumaq mümkün deyil və proses işgəncəli ölümlə başa çatacaq ki, bunun da daxili və xarici siyasi baxımdan son dərəcə zərərli nəticələri olacaq.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google