Qaribaşvili: Ukraynaya Aİ-yə namizəd statusunun verilməsi siyasi qərardır
Gürcüstan və Ukraynaya Avropa İttifaqı (Aİ) namizədi statusunun verilməsi siyasi qərardır.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə cari ilin nəticələrinə dair keçirilən “Səfirlərin Konfransı – 2022”nin açılış mərasimində çıxışı zamanı deyib. O qeyd edib ki, Gürcüstan islahatların həyata keçirilməsi baxımından həm Ukraynadan, həm də Moldovadan irəlidədir.

“Dost ölkələr haqqında alçaldıcı danışmaq istəmirəm, lakin biz hamımız çox yaxşı bilirik ki, Gürcüstan Ukrayna və Moldovadan islahatların tətbiq edilməsi baxımından 2-3 dəfə irəlidədir. Aydındır ki, bu siyasi qərardır. Açıq şəkildə bəyan edilib ki, Ukrayna namizəd statusunu ona görə əldə edib ki, ölkə müharibədədir, Moldova isə müharibəyə çox yaxındır. Biz bu motivasiyanı yaxşı anlayırıq və dost ölkələr Moldova və Ukraynaya uğur arzu edirik. Biz bu ölkələrdə sülh və firavanlıq arzu edirik”, - deyə Qaribaşvili vurğulayıb.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google