Gürcüstan və Ukraynaya Avropa İttifaqı (Aİ) namizədi statusunun
verilməsi siyasi qərardır.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə cari ilin
nəticələrinə dair keçirilən “Səfirlərin Konfransı – 2022”nin açılış
mərasimində çıxışı zamanı deyib. O qeyd edib ki, Gürcüstan
islahatların həyata keçirilməsi baxımından həm Ukraynadan, həm də
Moldovadan irəlidədir.
“Dost ölkələr haqqında alçaldıcı danışmaq istəmirəm,
lakin biz hamımız çox yaxşı bilirik ki, Gürcüstan Ukrayna və
Moldovadan islahatların tətbiq edilməsi baxımından 2-3 dəfə
irəlidədir. Aydındır ki, bu siyasi qərardır. Açıq şəkildə bəyan
edilib ki, Ukrayna namizəd statusunu ona görə əldə edib ki, ölkə
müharibədədir, Moldova isə müharibəyə çox yaxındır. Biz bu
motivasiyanı yaxşı anlayırıq və dost ölkələr Moldova və Ukraynaya
uğur arzu edirik. Biz bu ölkələrdə sülh və firavanlıq arzu
edirik”, - deyə Qaribaşvili vurğulayıb.