Baş nazir: “Region ölkələri başçılarının üçtərəfli görüşünün keçirilməsində maraqlıyıq”
Gürcüstan Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşün keçirilməsində maraqlıdır.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun illik toplantısında bildirib.

“Biz həqiqətən üçtərəfli görüşün təşkilində maraqlıyıq. Çünki Azərbaycan, Gürcüstan və Ermənistan regionun üç əsas oyunçusudur. Biz onu həqiqətən imkanlar, sülh və sabitlik bölgəsinə çevirə bilərik”, - o deyib.

Baş nazir əlavə edib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında neytral, qərəzsiz və obyektiv vasitəçidir.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google