Saakaşvilinin koronavirusa yoluxduğu təsdiqlənib - Şalva Xaçapuridze
Hazırda “Vivamed” klinikasında müalicə alan Mixeil Saakaşvilidə koronavirus aşkarlanıb. Bu barədə məlumatı onun vəkili Şalva Xaçapuridze yayıb.

"Saakaşvilinin koronavirusa yoluxduğu təsdiqləndi! Hamımız onun yanına “bürünmüş halda” daxil oluruq”, - deyə Şalva Xaçapuridze yazıb və əlavə edib ki, eks-prezident bu gün də huşunu itirib.

Saakaşvili səhhəti pisləşdiyi üçün bir neçə aydır ki, Vivamed klinikasındadır. Vəkilləri Saakaşvilinin cəzadan azad edilməsini və ya xəstəliyi ilə əlaqədar təxirə salınmasını tələb edirlər. Hazırda bu məsələ məhkəmədə müzakirə olunur.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google