Hazırda “Vivamed” klinikasında müalicə alan Mixeil Saakaşvilidə
koronavirus aşkarlanıb.
Bu barədə məlumatı onun vəkili Şalva Xaçapuridze yayıb.
"Saakaşvilinin koronavirusa yoluxduğu təsdiqləndi!
Hamımız onun yanına “bürünmüş halda” daxil oluruq”, -
deyə Şalva Xaçapuridze yazıb və əlavə edib ki, eks-prezident bu gün
də huşunu itirib.
Saakaşvili səhhəti pisləşdiyi üçün bir neçə aydır ki, Vivamed
klinikasındadır. Vəkilləri Saakaşvilinin cəzadan azad edilməsini və
ya xəstəliyi ilə əlaqədar təxirə salınmasını tələb edirlər. Hazırda
bu məsələ məhkəmədə müzakirə olunur.