Dövlət Audit Xidməti Davit Kezeraşvilinin “Milli Hərəkat”ın sədri
Nika Meliaya avtomobil hədiyyə etməsi ilə bağlı yayılan məlumatı
araşdırmağa başlayıb.
Bu barədə “Netgazet”ə audit hesabatında məlumat verilib.
“Dövlət Auditi Xidmətinin Siyasi Maliyyə Monitorinqi İdarəsi
məsələni araşdırmağa başlayıb. Qanun pozuntusu faktı aşkar edildiyi
halda, müvafiq hüquqi cavab veriləcək”, - dövlət audit xidməti
bildirib.
Yanvarın 22-də Vahid Milli Hərəkat Partiyasının sədrliyinə namizədi
Levan Xabeişvilinin qərargahının üzvü Levan Bejaşvili “Formula”nın
efirində deyib ki, bir neçə seçki zamanı Davit Kezeraşvili şəxsən
Nika Meliaya kömək edib və ona hədiyyələr, o cümlədən bu gün idarə
etdiyi bahalı avtomobili alıb.
“Milli Hərəkat”ın sədri Nika Melia opponentlərin ittihamlarını
biabırçı hərəkət adlandırıb və onların yalan, spekulyasiya və
böhtanlarla dolu olduğunu qeyd edib.